RU

Qazaxda 8 min ağac və dekorativ kol əkilib

Qazax, 6 noyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiyada Qazax şəhəri ərazisində, Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Qazax rayonunun Yuxarı Salahlı və Qazaxbəyli kəndləri ərazisindən keçən hissələrində keçirilən ağacəkmə aksiyasında 8 min ağac və dekorativ kollar (5500 ədəd dekorativ gül və kol, 1750 ədəd Eldar şamı, 750 ədəd sərv ağacı) əkilib.

 

Избранный
40
2
azertag.az

3Источники