RU

Nigeriya Trampa sərt mesaj göndərdi: “Biz nə Liviya, nə də yeni Sudan olmaq istəyirik”

Nigeriyanın xarici işlər naziri Yusif Tuqqar ölkəsinin Liviya və Sudanın taleyini paylaşmaq istəmədiyini bəyan edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, O, ABŞ prezidenti Donald Trampın Nigeriyadakı xristianlara qarşı “varlıq üçün təhdid” barədə çıxışına cavab verərib. Nigeriyalı nazirin sözlərinə görə, cür bəyanatlar ölkəni parçalaya bilər.

“Biz növbəti Liviya olmaq istəmirik, növbəti Sudan da olmaq istəmirik. Nigeriyanı uçuruma aparmaq nə ölkəmizin, nə də dünyanın maraqlarına xidmət edir,” – deyə Tuqqar The New York Times qəzetinə açıqlamasında vurğulayıb.

Nazir Vaşinqtonu dəstək verməyə, ölkəni “bölməməyə və uğursuz dövlətə çevirməməyə” çağırıb. Onun sözlərinə görə, Nigeriyanın qarşısında duran əsas təhlükə daxili qarşıdurmalar deyil, xaricdən gələn təzyiqlər və manipulyativ təsirlərdir.

5 noyabrda isə Nigeriyanın informasiya naziri Məhəmməd İdris Trampın açıqlamalarını “lobbi qruplarının yanlış məlumat kampaniyasının nəticəsi” adlandırmışdı. O, qeyd etmişdi ki, ABŞ rəhbərliyi “etibarsız mənbələrə əsaslanaraq” Nigeriyada guya xristianlara qarşı soyqırım törədildiyi barədə yanlış qənaətə gəlib.

Xatırladaq ki, 1 noyabrda Tramp Pentaqona Nigeriyada “islamçı terrorçulara qarşı” mümkün hərbi tədbirlər planı hazırlamaq tapşırığını verdiyini bildirmişdi.

Bu bəyanatlar fonunda Nigeriya hökuməti ABŞ-ı müdaxilə meyillərinə son qoymağa və regional sabitliyi pozmamağa çağırıb. Yerli analitiklər isə hesab edirlər ki, Trampın bu addımı Qərbi Afrikada “xristian azlıqların müdafiəsi” bəhanəsi altında ABŞ-ın təsir dairəsini genişləndirməyə yönəlib.

Musavat.com

Избранный
47
musavat.com

1Источники