ain.az, Demokrat.az saytına istinadən bildirir.
“Peyvənd sadəcə tibbi prosedur deyil, həm də cəmiyyətin sağlamlıq təminatıdır. Peyvəndlənmiş hər bir uşaq təkcə özünü deyil, ətrafındakı insanları da qoruyur”.Bunu Demokrat.az-a açıqlamasında infeksionist həkim Nigar Əliyeva deyib.O deyib ki, xüsusilə uşaq infeksiyalarının qarşısının alınmasında yüksək immunizasiya səviyyəsi həyati əhəmiyyət daşıyır:“ÜST-ün 90 faiz, Azərbaycanın isə 95 faiz peyvənd hədəfi qoyması çox önəmlidir, çünki bu göstərici kollektiv immunitetin formalaşması üçün ideal sayılır. Əgər bu səviyyə qorunarsa, qızılca, boğmaca, difteriya kimi xəstəliklər yoxa çıxa bilər. Təəssüf ki, bəzən valideynlər sosial şəbəkələrdəki yanlış məlumatlara inanaraq peyvənddən imtina edirlər. Halbuki, bu qərar tək bir uşağın deyil, bütöv bir cəmiyyətin sağlamlığını riskə atır. Dövlətin bu sahəyə daha çox vəsait ayırması, peyvəndlərin keyfiyyətinə və əlçatanlığına nəzarətin gücləndirilməsi çox sevindirici haldır. Eyni zamanda, QİÇS-lə mübarizə üçün ayrılan əlavə maliyyə resursları da profilaktik tədbirlərin gücləndirilməsinə imkan yaradacaq”.Həkim əlavə edib ki, peyvəndlənmə məsələsində məcburilik anlayışı ölkədən-ölkəyə fərqlənir:“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yanaşmasına görə, peyvəndləmə tövsiyə olunan, lakin hüquqi məcburiyyətə çevrilməməlidir, əsas məqsəd maarifləndirmə və inam yaratmaqdır. Yəni insanları qorxutmaqla deyil, məlumatlandırmaqla peyvəndə cəlb etmək daha effektlidir. Bəzi ölkələrdə (məsələn, İtaliya, Fransa, Avstraliya) müəyyən peyvəndlər məcburi elan olunub. Çünki orada peyvənddən imtinalar nəticəsində qızılca və boğmaca kimi xəstəliklər yenidən yayılıb. Belə hallarda hökumətlər uşaqları qorumaq və ictimai sağlamlığı təmin etmək məqsədilə məcburi peyvənd qərarı veriblər. Azərbaycanda isə hazırda peyvəndləmə mütləq tövsiyə edilən, lakin könüllü əsasda həyata keçirilir”.Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.