Fransa yığmasının DÇ-2026-nın seçmə mərhələsində Ukrayna və Azərbaycan millilərinə qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
"Unikal" xəbər verir ki, baş məşqçi Didye Deşam D qrupunda noyabrın 13-də evdə Ukrayna , 16-də isə Bakıda Azərbaycan millisinə qarşı baş tutacaq matçlara 24 futbolçu dəvət edib.
Qapıçılar: Lik Şevalye , Mayk Menyan , Bryis Samba
Müdafiəçilər: Conatan Kloss, Lyuka Diny, Teo Ernandes, İbrahima Konate, Jül Kunde, Benjamen Pavar, Uilyam Saliba, Deyo Upamekano
Yarımmüdafiəçilər: Eduardo Kamavinqa, Mateo Qenduzi, Manu Kone, Adrian Rabiot, Orelian Çuameni,Uorren Zair-Emri
Hücumçular: Bredli Barkola, Usman Dembele, Desir Due, Randal Kolo Muani, Kilian Mbappe, Maykl Olise, Markus Tyuram
Qeyd edək ki, Azərbaycan – Fransa qarşılaşması noybarın 16-da, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.