RU

AHİK-də Zəfər Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 8Noyabr - Zəfər Günü münasibətilə “Tarixi Zəfər” tədbirikeçirilib.

Tədbirdə dövlət rəsmiləri, AHİK-in rəhbərliyi və kollektivi, üzvtəşkilatların nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Konfederasiya sədri Sahib Məmmədov ZəfərGününün tarixi əhəmiyyətindən, Müzəffər Ali Baş Komandan cənabİlham Əliyevin yüksək sərkərdəlik məharətindən, uzaqgörənsiyasətindən və müdrik qərarlarından söz açıb, əsgər vəzabitlərimizin döyüş meydanında göstərdiyi igidlik vəqəhrəmanlıqlardan, xalqımızın sarsılmaz birliyindən bəhs edib.

Vurğulanıb ki, bu möhtəşəm Qələbə Ulu Öndər Heydər Əliyevinideyalarının, cənab Prezident İlham Əliyevin qətiyyətli siyasətininnəticəsi, minilliklərə söykənən qədim tariximizin qürur səhifəsi vəqəhrəmanlıq salnaməsidir. Qeyd olunub ki, haqq savaşımızdaqəhrəmancasına döyüşərək üçrəngli Bayrağımızı işğaldan azad edilmiştorpaqlara sancan mübariz oğul və qızlarımızın şücaəti dövlətimizvə xalqımız tərəfindən yüksək qiymətləndirilir, şəhid ailələrininvə qazilərin sosial rifahı daim diqqətdə saxlanılır.

Hazırda azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa vəquruculuq işləri aparılır, Şərqi Zəngəzur və Qarabağ dirçəldilir vəbu torpaqlara yenidən həyat qayıdır.

AHİK sədrinin müşaviri, Vətən müharibəsi iştirakçısı KamranUmudov keçdiyi döyüş yolundan, komandiri olduğu əsgərlərinəzmkarlığından və yüksək döyüş ruhundan danışıb.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatınınsədri polkovnik Cəlil Xəlilov isə çıxışında Azərbaycan Ordusunungücünü, dövlətimizin müharibə iştirakçılarına göstərdiyi diqqət vəqayğını qeyd edib.

Tədbir çərçivəsində Vətən müharibəsində əsgər və zabitlərimizinqəhrəmanlıqlarını, xalqımızın birliyini və qələbəyə olan inamınıəks etdirən film nümayiş etdirilib.

Əməkdar artist Ağalar Bayramovun vətənpərvərlik mövzusundasəsləndirdiyi şeirlər, Vətən müharibəsi qazisi və müğənni MəbudƏhmədovun ifasında təqdim olunan qələbə ruhlu mahnılar maraqlaqarşılanıb. Həmçinin şəhid övladlarından ibarət xor qrupunun “Şəhidövladlarının zəfər sədası” kompozisiyası alqışlarla müşayiətolunub.

Tədbir müğənni Gülzar Fərəcovanın ifasında dövlətimizinqüdrətini və xalqımızın qələbə ruhunu tərənnüm edən “Yaşa,Azərbaycan!” mahnısı ilə başa çatıb.

AHİK-də
AHİK-də
AHİK-də
AHİK-də
AHİK-də
AHİK-də
AHİK-də
AHİK-də
AHİK-də
AHİK-də
AHİK-də
AHİK-də
Избранный
16
8
az.trend.az

9Источники