RU

Federasiyadan yeni layihə: “Qız kimi güləş”

ain.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycan Güləş Federasiyası yeni layihəyə start verib.

Futbolpress.az xəbər verir ki, “Qız kimi güləş” kampaniyası altında həyata keçirilən layihənin məqsədi ölkədə qadın güləşinə marağı daha da artırmaq və bu sahədə kütləvilik yaratmaqdır.

Bakının mərkəzində yerləşən federasiyanın yeni təlim-məşq bazası bundan sonra gələcəyin qız güləşçilərinin yetişməsinə xidmət edəcək. Natiq Əliyev küçəsində yerləşən güləş mərkəzində böyüklər arasında Avropa üçüncüsü, gənclər arasında dünya çempionu Səbirə Əliyeva və İslam Həmrəyliyi Oyunlarının 2 qat qalibi, gənclər arasında dünya çempionu və Avropa ikincisi Leyla Qurbanova tərəfindən həftəiçi 5 gün məşqlər keçirilir. 7-17 yaş arası qızlar “qizkimigüles.awf.az” linkindən qeydiyyatdan keçməklə hazırlıq prosesinə qatıla bilər.

Bütün zəruri inventarlarla təmin edilmiş güləş mərkəzində həyata keçirilən məşqlər ödənişsizdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
31
3
futbolpress.az

4Источники