RU

İsrailin hücumları Livanda xalqın öz evlərini tərk etməsinə səbəb olub

İsrailin “Hizbullah” hədəflərinə hava hücumlarının başlamasından sonra Livanın cənub bölgələrinin sakinləri evlərini tərk edərək daha təhlükəsiz bölgələrə köçürlər.

APA xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, avtomobil karvanları cənub magistral yolu boyunca şimala doğru hərəkət edir.

İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri indiyə qədər Ait əl-Cəbəl, Zutar əl-Şərqiyyə, Kfar Dunin, Teir Dibba və əl-Teiba kəndlərindəki yerüstü hədəflərə hücum edir.

Избранный
40
2
apa.az

3Источники