Beynəlxalq Futbol Federasiyası (FİFA) 2025-ci ilin “Dünyanın ən yaxşı futbolçusu” mükafatına namizədlərin siyahısını təqdim edib.
90deqiqe.Az xəbər verir ki, siyahı qurumun rəsmi saytında dərc olunub.
FİFA versiyasına görə 2025-ci ilin “Dünyanın ən yaxşı futbolçusu” mükafatına namizədlər:
Usman Dembel (Fransa) — “PSJ”
Əşrəf Hakimi (Mərakeş) — “PSJ”
Harri Keyn (İngiltərə) — “Bavariya”
Kilyan Mbappe (Fransa) — Madrid “Real”ı
Nunu Mendeş (Portuqaliya) — “PSJ”
Koul Palmer (İngiltərə) — “Çelsi”
Pedri (İspaniya) — “Barselona”
Rafinya (Braziliya) — “Barselona”
Məhəmməd Salah (Misir) — “Liverpul”
Vitinya (Portuqaliya) — “PSJ”
Lamin Yamal (İspaniya) — “Barselona”
Xatırladaq ki, 2024-cü ildə bu mükafata Madrid “Real”ının hücumçusu Vinisius Junior layiq görülmüşdü. Həmin il “Qızıl top”un sahibi Rodri səsvermədə ikinci yeri tutmuşdu.