RU

Trampın xüsusi elçisi: Prezident İlham Əliyev əsl dövlətçilik nümunəsi nümayiş etdirdi

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Prezident İlham Əliyevin əsl dövlətçilik nümunəsi nümayiş etdirdiyini bildirib.  Ajans.az xəbər verir ki, o, bunu Mayamidə keçirilən biznes forumunda çıxış edərkən bildirib. Uitkoff deyib: "Prezident İlham Əliyevin ordusu daha üstün idi. O, Ermənistandan torpaqları geri almaq fürsətini istifadə edib". O əlavə edib ki, avqustun 8-də Oval Ofisdə keçirilən görüş zamanı ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevdən soruşub: "Sizin qələbəniz və daha böyük ordunuz var idi. Sizi nə dayandırdı?" Buna cavab olaraq Prezident İlham Əliyev cavab verib: "Çünki geri almaq istədiyim tək şey onların aldığı idi. Mənim daha çoxuna ehtiyacım yox idi".

Səfir bunu "heyrətamiz bir qərar" kimi xarakterizə edib və Prezident İlham Əliyevin müdrik və məsuliyyətli liderlik nümunəsi göstərdiyini vurğulayıb.

Избранный
32
Ajans.az

1Источники