RU

Umayra Tağıyeva nazir ola bilər

Ekologiya və təbii sərvətlər nazirinin kim olacagı maraq doğurur. Sabiq nazir Muxtar Babayevin 8 ay əvvəl tərk etdiyi postu tutmağa iddialılar sırasında bir neçə nəfərin adı hallanır...

Poliqon xəbər verir ki, MİA.az ən şanslı namizədin adını öyrənə bilib.

Nazirlikdəki məlumatlı şəxs sayta açıqlamasında nazir müavini Umayra Tağıyevanın tezliklə bu vəzifəyə təyin olunacağını istisna etməyib.

Mənbənin sözlərinə görə, xanım Tağıyevanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunda çalışan əməkdaşlar arasında nüfuz sahibi olması bu ehtimalı daha da qüvvətləndirir. 

Qeyd edək ki, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev 5 fevral 2025-ci ildə vəzifəsindən azad olunaraq Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə xüsusi nümayəndəsi təyin olunub.

Poliqon.info

Избранный
86
poliqon.info

1Источники