RU

Astarada “zibil poliqonunun çəpərlənməsi” ilə bağlı satınalma ləğv edildi

Astarada Şəhər Mənzil Kommunal Tikinti Təsərrüfatı İstehsalat Birliyinin “zibil poliqonunun dəmir konstruksiya vasitəsi ilə çəpərlənməsi işləri” üzrə elan etdiyi satınalma proseduru ləğv edilib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalma 06.11.2025 tarixində dayandırılıb. Ləğv edilməyə səbəb olaraq müsabiqədə iştirak etmək üçün tələb olunan şərtlərə uyğun təchizatçıların sayının üçdən az olması göstərilib. Qeyd olunub ki, təkliflərini və təklif təminatını təqdim edən, həmçinin tələb olunduğu halda müvafiq lisenziyaya və icazəyə malik şirkətlərin sayı minimal tələbi ödəmir.

Satınalmanın ehtimal olunan dəyəri 25 min 23 manat 38 qəpik təşkil edirdi.

Избранный
56
nocomment.az

1Источники