RU

Misirli jurnalist: Zəfərin nəticələrinin sülhə yönəldilməsi Azərbaycanı Cənubi Qafqazda yeni istinad mərkəzinə çevirəcək

ain.az, Azertag portalına istinadən məlumat verir.

Qahirə, 6 noyabr, AZƏRTAC

Noyabrın 8-i Azərbaycan üçün mühüm günlərdəndir. 2020-ci ilin bu günündə Azərbaycan təkcə ərazilərini işğaldan azad etmədi, həmçinin regionda sülhün əsasını qoydu və uzun illərdən bəri davam edən münaqişəyə son qoydu. Azərbaycan bununla bir daha göstərdi ki, o sülhsevər dövlətdir.

Bu sözləri Misirin “əd-Dustur” qəzetinin əməkdaşı, Misir Jurnalistlər İttifaqının Baş Assambleyasının üzvü İslam Rəcəb AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.

“Fikrimcə, həmin gün Cənubi Qafqazda yeni mərhələnin başlanğıcıdır. Rəsmi Bakı bir daha sübut etdi ki, o, sülhü hərb yolu ilə deyil, inkişaf yolu ilə möhkəmləndirməkdə maraqlıdır”, - deyə müsahib bildirib.

Misirli jurnalist 44 günlük müharibə nəticəsində Azərbaycan ordusunun işğalda olan torpaqların çox hissəsini azad etdiyini və bu prosesin 2023-cü ilin sentyabrında suverenliyin bütün ölkə ərazisində tam bərpa olunması ilə yekunlaşdığını qeyd edərək, müharibədən sonra regionda iqtisadi əməkdaşlıq üçün yeni imkanların yarandığını vurğulayıb. “Hazırda rəsmi Bakı Asiya ilə Avropa İttifaqı arasında Orta Dəhliz layihəsi ilə iqtisadi körpü olmaqdadır. Bundan başqa, Qarabağda “ağıllı kənd” və müasir infrastruktur yaratmaqla inkişaf nümunəsinə çevrilib”, - deyə İslam Rəcəb qeyd edib.

O əlavə edib ki, Zəfər günü Azərbaycanın təkcə hərbi qələbəsini deyil, həmçinin onun müharibədən inkişafa hərtərəfli strateji keçidini göstərir. Azərbaycanın zəfərinin nəticələrini sülhə və çiçəklənməyə yönəltməsi onu Cənubi Qafqazda yeni istinad mərkəzinə çevirib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
1
azertag.az

2Источники