RU

Macarıstan türkdilli dövlətlərlə media tərəfdaşlığını genişləndirir

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Astana, 7 noyabr, AZƏRTAC

Türk dilləri macar dilinə təsir göstərib - xalqlarımız bir çox ortaq sözə və ortaq irsə malikdir ki, bu da əməkdaşlığın gücləndirilməsi üçün möhkəm təməl yaradır.

Bu barədə AZƏRTAC-a “Hungarian News Agency” (MTI) Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ester Riqo-Kantor Astanada keçirilən Türk Xəbər Agentlikləri Alyansının (ATNA) II Baş Assambleyası zamanı bildirib. İclasda MTI-nin müşahidəçi statusunda qəbul edilməsi təsdiqlənib.

O, həmçinin Macarıstanın Türk Dövlətləri Təşkilatının fəaliyyətində iştirakının əhəmiyyətini qeyd edib.

“Biz xəbər agentlikləri arasında qarşılıqlı fəaliyyətin inkişafına xüsusi diqqət yetiririk. Mən təcrübə mübadiləsi, həmkarların iş üsullarının öyrənilməsi, peşəkarlıq səviyyəsinin artırılması və tərəfdaşlıqların genişləndirilməsi üçün çoxsaylı əməkdaşlıq haqqında sazişlərin bağlanmasını vacib hesab edirəm”, - deyə Riqo-Kantor vurğulayıb.

Xatırladaq ki, ATNA-nın II Baş Assambleyası noyabrın 6-da Qazaxıstanın paytaxtında keçirilib. İki illik sədrlik rəsmi olaraq Türkiyədən Qazaxıstana keçib və alyansa rəhbərlik “Qazcontent” ASC tərəfindən həyata keçiriləcək.

ATNA 2023-cü il noyabrın 6-da türkdilli ölkələrin milli xəbər agentlikləri arasında əməkdaşlığı gücləndirmək məqsədi ilə yaradılıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
3
azertag.az

4Источники