RU

Sudan Çevik Reaksiya Qüvvələri humanitar atəşkəsə razılıq verib

İki ildən çoxdur ki, Sudan silahlı qüvvələri ilə mübarizə aparan Çevik Reaksiya Qüvvələri (ÇRQ) humanitar atəşkəsə razılıq verib.

“İki sahil” xəbər verir ki, bu barədə məlumatı "Associated Press" (AP) yayıb.

Agentliyin məlumatına görə, atəşkəs təklifi ABŞ-nin rəhbərlik etdiyi və vasitəçilik edən dörd ölkənin qrupundan gəlib; həmin qrupa Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirlikləri də daxildir. Mənbələr bildirirlər ki, Sudan ordusunda RSF-in (ÇRQ) təklifini alqışlayanlar olsa da, ordu razılığı yalnız ÇRQ-nın yaşayış məntəqələrindən tamamilə çıxması və silahlarını yerə qoyması şərti ilə verəcəyini bildirib.

Hazırda tərəflər arasında danışıqların davam etdiyi və atəşkəsin detalları üzrə əlavə razılaşmanın gözlənildiyi bildirilir.

Избранный
18
1
ikisahil.az

2Источники