RU

Gürcüstan-Türkiyə deputatları regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Yazını böyüt
Yazını kiçilt

Gürcüstan Parlamentinin Müdafiə və təhlükəsizlik komitəsinin nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin Müdafiə və təhlükəsizlik komitəsinin sədri ilə görüşüb.

Hafta.az xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin mətbuat xidmətindən yayılan məlumatda qeyd edilib.

Məlumata görə, Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik komitəsinin sədri Aleksandre Tabatadze nümayəndə heyətinin üzvləri ilə birlikdə Türkiyə Böyük Millət Məclisinin Müdafiə və təhlükəsizlik komitəsinin sədri Hulusi Akar və komitə üzvləri ilə görüşüb.

Görüşdə tərəflər Gürcüstan və Türkiyə Respublikası arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlığın əhəmiyyətini müzakirə ediblər. Türkiyə Silahlı Qüvvələrinin Gürcüstan Müdafiə Qüvvələrinə maddi-texniki dəstəyinə görə Aleksandre Tabatadze ev sahibi tərəfə təşəkkür edib.

Gürcüstan parlamentinin nümayəndə heyətinin üzvləri türkiyəli həmkarları ilə görüşdə iki ölkə arasında çoxtərəfli əməkdaşlığı müzakirə ediblər. Görüşdə təhlükəsizlik sektorundakı çağırışlar diqqət mərkəzində olub. Tərəflər region ölkələrinin uzunmüddətli inkişafı və firavanlığı üçün sülh və sabitliyin vacibliyini qeyd ediblər.

Görüşdə strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi və regional təhlükəsizliyin möhkəmləndirilməsi üçün iki ölkə arasında yüksək səviyyəli səfərlərin fəal şəkildə davam etdirilməsinin vacibliyi vurğulanıb.

Избранный
10
2
hafta.az

3Источники