RU

MPL: "Zəfər turu" bölgədən başlayır

Avrokubokların ardından diqqətlər yenidən milli çempionatlara yönəlir. 

Fanat.Az xəbər verir ki, Misli Premyer Liqasında XI tur bu gün start götürəcək.

Birinci dövrənin sonuncu turunun açılış günündə iki qarşılaşma baş tutacaq. Vətən müharibəsinin ildönümü ilə əlaqədər "Zəfər turu" adlanan və bütün qarşılaşmaları müəyyən saatın 44-cü dəqiqəsində başlayacaq turun ilk oyunu Şamaxıda təşkil olunacaq. "Şamaxı" doğma meydanda "İmişli"ni qəbul edəcək. Turnir cədvəlinin 8-9-cu pillələrində qonşu olan bölgə təmsilçilərinin dueli birinin digəri üzərində üstünlüyə yiyələnməsi baxımından prinsipiallıq daşıyır. 

"Sumqayıt" isə səfərdə "Qəbələ"nin qonağı olacaq. Liderlərdən aralanmamağa çalışan "gəncliş şəhəri" təmsilçisi bunun üçün xal itirməməlidir. Əcnəbi baş məşqçilərinin duelində Kaxaber Tsxadadzenin komandası sevinsə, autsayderlərin mübarizəsində bir qədər rahatlamış olacaq, növbəti turlarda mövqeyini yaxşılaşdırmaq imkanı əldə edəcək.

Qeyd edək ki, turun "Araz-Naxçıvan" - "Karvan-Yevlax" və "Zirə" - "Turan Tovuz" qarşılaşmaları şənbə, "Kəpəz" - "Sabah" və "Qarabağ" - "Neftçi" görüşləri isə bazar günü keçiriləcək.  

Misli Premyer Liqası
XI tur
7 noyabr

13:44. "Şamaxı" – "İmişli"
Hakimlər: Rauf Cabarov, Teymur Teymurov, Tərlan Talıbzadə, Vüqar Həsənli.
VAR: Rəvan Həmzəzadə, Cəmil Quliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı şəhər stadionu.

16:44. "Qəbələ" – "Sumqayıt"
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
VAR: Cavid Cəlilov, Kamran Bayramov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Qəbələ şəhər stadionu.

Избранный
10
1
fanat.az

2Источники