RU

Sahibi olduğu şirkət Maska 1 trilyon dollar ödəyəcək

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Tesla" səhmdarları cümə axşamı baş direktor Elon Maska təxminən 1 trilyon dollar dəyərində kompensasiya paketi ödəmək üçün səs verdilər.

Bizimyol.info xəbər verir ki, yayımın səs yazısı şirkətin "X" sosial media səhifəsində dərc edilib.

Səhmdarların 75%-i kompensasiya paketinin lehinə səs verib.

28 oktyabrda "Tesla" şirkətinin sədri Robin Denholm baş direktor Elon Mask üçün təxminən 1 trilyon dollar dəyərində kompensasiya paketini dəstəkləməyə çağırıb və əks halda şirkətdən ayrıla biləcəyi barədə xəbərdarlıq edib.

Səhmdarlar tərəfindən 5 noyabr tarixinə qədər təsdiqlənməli olan təklif müqavimətlə qarşılaşıb.

Dünyanın ən böyük proxy məsləhət şirkəti olan İnstitusional Səhmdar Xidmətləri (ISS) paketə qarşı səs verməyi tövsiyə edib və məbləği "astronomik" adlandırıb.

Bundan əlavə, həmkarlar ittifaqları və korporativ nəzarət orqanları qrupu Maskın siyasi fəaliyyəti səbəbindən brendə nüfuza dəyən ziyanı əsas gətirərək paketə qarşı kampaniya başladıblar.

Daha əvvəl "Tesla" baş direktor Elon Mask üçün təxminən 30 milyard dollar bonus təsdiqləyib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
37
icma.az

1Источники