RU

ING 2028-ci ilə qədər Azərbaycanın ÜDM artımı ilə bağlı proqnozlarını verib

Bakı. Trend:

Niderlandın “ING” bank qrupu Azərbaycanda yaxın illər üçünümumdaxili məhsul artımı ilə bağlı proqnozlarını dərc edib.

Bu barədə TrendING hesabatına əsasən məlumat verir.

Sənədə əsasən, 2025-ci ildə ölkədə iqtisadi artım 1,6 faiztəşkil edəcək, 2026-cı ildə bu göstərici 2,8 faizə çatacaq, 2027-ciildə isə tempin 2 faizə qədər zəifləyəcəyi gözlənilir.

ING-in təxminlərinə görə, 2025-ci ilin üçüncü rübündəAzərbaycanın ÜDM artım tempi dəyişməz qalacaq, dördüncü rübdə isə 3faizə qədər sürətlənəcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsininməlumatına əsasən, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə95,2 milyard manat dəyərində ümumi daxili məhsul istehsal olunubki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.

Neft-qaz sektorunda əlavə dəyər 1,9 faiz azalıb, qeyri-neft-qazsektorunda isə 2,9 faiz artım qeydə alınıb.

ÜDM istehsalının strukturunda sənaye 34,2 faiz, ticarət vənəqliyyat vasitələrinin təmiri 10,5 faiz, nəqliyyat və anbartəsərrüfatı 7,0 faiz, kənd, meşə təsərrüfatı və balıqçılıq 6,8faiz, tikinti 6,6 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə2,8 faiz, informasiya və rabitə 1,8 faiz, digər fəaliyyət növləriisə 20,7 faiz təşkil edib.

Məqalədə:
Избранный
64
az.trend.az

1Источники