RU

Çempionlar Liqasında həftənin ən yaxşısı açıqlandı - "Mançester Siti"dən

Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turunun ən yaxşı oyunçusu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, "Mançester Siti"nin futbolçusu Fil Foden həftənin ən yaxşısı seçilib.

İngiltərəli vinger azarkeşlər arasında keçirilən sorğuda Viktor Osimhen ("Qalatasaray"), Karlos Forbs ("Brügge") və Mikel Merinonu ("Arsenal") qabaqlayıb.

Fil Foden "Mançester Siti"nin "Borussiya"nı 4:1 hesabı ilə məğlub etdiyi oyunda 90 dəqiqə meydanda olub və 2 qol vurub.

Избранный
16
1
sportinfo.az

2Источники