Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Çinin "Sinopec Engineering" şirkəti arasında əməkdaşlığa dair çərçivə sazişi imzalanıb.
Moderator.az bu barədə SOCAR-a istinadən xəbər verir.
Məlumata görə, şirkətin prezidenti Rövşən Nəcəf "Sinopec Engineering"in prezidenti Zhang Xinming ilə görüş keçirib.
Görüşdə Azərbaycan ilə Çin arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda uğurla inkişaf etdiyi bildirilib. Bu xüsusda, SOCAR ilə Çin şirkətləri arasında mövcud əməkdaşlıq məmnunluqla qeyd olunub.
Söhbət zamanı neft və qazın emalı sahəsində, neft-kimya, rəqəmsallaşma, enerji keçidi, müasir emal texnologiyalarının tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.