RU

Tramp beş lideri qəbul etdi

ABŞ prezidenti Donald Tramp Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşüb.

NOCOMMENT.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, Donald Tramp Mərkəzi Asiyanı “son dərəcə zəngin region” adlandırıb və bildirib ki, Amerikan beş ölkə ilə tərəfdaşlığını gücləndirmək istəyir.

“Gündəmimizin ən əsas bəndlərindən biri kritik mühüm minerallardır. Son həftələrdə mənim administrasiyam mineral tədarük zəncirlərimizi genişləndirmək üçün dünya üzrə müttəfiqlərimiz və dostlarımız ilə sazişlər bağlayaraq Amerikanın iqtisadi təhlükəsizliyini gücləndirib”, – deyə Tramp beş ölkənin lideri ilə şam yeməyindən öncə vuirğulayıb.

“Reuters” qeyd edib ki, ABŞ Rusiya və Çindən yan keçən kritik minerallar, enerji və quru ticarət yollarını təmin etmək üçün yeni tərəfdaşlıqlar axtarır. Bu beş ölkədə isə uran, mis, qızıl, nadir torpaq elementləri və digər strateji faydalı qazıntıların geniş yataqları var.

Agentlik nəzərə çatdırır ki, ABŞ prezidentinin Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri ilə görüşü Vaşinqtonun uzun müddətdir Rusiyanın dominantlıq etdiyi və Çini getdikcə daha çox maraqlandıran sərvətlərlə zəngin regionda təsirini genişləndirməyə çalışdığı bir vaxtda baş tutub.

Xatirə SADİQ

Избранный
61
nocomment.az

1Источники