RU

80 minə yaxın qeyri-immiqrasiya vizası ləğv edildi

Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Trampın administrasiyası 20 yanvar tarixində keçirilmiş inauqurasiyasından bəri, sərxoş vəziyyətdə avtomobil idarə etməkdən tutmuş hücum və oğurluq kimi müxtəlif qanun pozuntularına görə, təxminən 80 min qeyri-immiqrasiya vizasını ləğv edib.

Hafta.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi məlumat verib. “Washington Examiner” nəşri yazır ki, prosesin miqyası Prezidentin immiqrasiyaya qarşı geniş mübarizə kampaniyasını əks etdirir. Kampaniya nəticəsində çox sayda miqrant, o cümlədən vizası qüvvədə olan şəxslər deportasiya olunub.

Administrasiya həmçinin viza verilməsi siyasətini sərtləşdirərək sosial şəbəkələrdəki fəaliyyətin yoxlanılması prosedurlarını gücləndirib və ümumi yoxlama qaydalarını genişləndirib.

Avqust ayında Dövlət Departamentinin nümayəndəsi bəyan edib ki, Vaşinqton ölkədə qalma müddətinin pozulması və qanun pozuntularına, o cümlədən “terrorizmə dəstək” kimi hallara görə 6 mindən çox tələbə vizasını ləğv edib.

Избранный
7
4
hafta.az

5Источники