RU

İlin baş məşqçisi adına 7 iddiaçı

FİFA 2025-ci il üçün “İlin ən yaxşı baş məşqçisi” nominasiyasına namizədlərin siyahısını elan edib.

Msport.az xəbər verir ki, siyahı qurumun rəsmi saytında yayımlanıb.

Mükafat uğrunda 7 nəfəd məşqçi mübarizə aparacaq. Qalib milli komandaların baş məşqçiləri və kapitanları arasında aparılacaq sorğu əsasında müəyyənləşəcək.

 

Namizədlər:

Xavyer Aqirre (Meksika yığması)

Mikel Arteta (“Arsenal” İngiltərə)

Luis Enrike (PSJ Fransa)

Hans-Diter Flik (“Barselona” İspaniya)

Enzo Mareska (“Çelsi” İngiltərə)

Roberto Martines (Portuqaliya millisi)

Arne Slot (“Liverpul” İngiltərə)

 

Qeyd edək ki, bu nominasiyanın əvvəlki qalibləri bu adları qeyd edilən məşqçilərdir: Karlo Ançelotti (2024), Xosep Qvardiola (2023), Lionel Skaloni (2022), Tomas Tuxel (2021), Yurgen Klopp (2019 və 2020), Didye Deşam (2018), Zinəddin Zidan (2017) və Klaudio Ranyeri (2016).

Избранный
34
2
msport.az

5Источники