RU

Balıkesirdə yenə zəlzələ oldu

Türkiyənin Balıkesir bölgəsində 4.2 ballıq zəlzələ olub.
7News.Az AFAD-a istinadən xəbər verir ki, yeraltı təkanlar Sındırgı rayonunda qeydə alınıb.

Təbiət hadisəsi bu gün Bakı vaxtı ilə saat 5:52-də baş verib.

Zəlzələnin dərinliyi 14.71 km olub.

İlkin məlumata görə, ətraf əyalətlərdə də hiss olunan zəlzələdə heç bir mənfi təsir yaşanmayıb.

Xatırladaq ki, oktyabrın 27-də bölgədə 6.1 ballıq güclü zəlzələ olub. Bundan sonra Balıkesirdə bir neçə dəfə yeraltı təkanlar qeydə alınıb.
Избранный
34
2
7news.az

3Источники