RU

Rusiyadan alınan qatarlar daha yeni proqramla təmin olunub

Bakı, 7 noyabr, AZƏRTAC

Bu günlərdə yeni alınmış qatarlardan üçünün xəttə buraxılmasına hazırlaşırıq. İlin sonuna qədər digər üç qatar hazırlanıb xəttə buraxılacaq.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Bakı Metropoliteni” QSC-nin Depolar üzrə iş departamentinin baş mühəndisi Aydın Bəkirov bildirib. Onun sözlərinə görə, Rusiyadan alınan yeni qatarlar Azərbaycanın tələblərinə uyğun istehsal olunub. Bu qatarlarda yeniliklər ondan ibarətdir ki, onların idarəetmə dövriyyəsi daha da müasirləşib. Qatarlar daha yeni proqramla təmin olunub. Bu da yaranmış nasazlıqların operativ və çevik şəkildə aradan qaldırılmasına kömək göstərir.

"Əsas tələblərdən biri də qatarlarin xəttə tam təhlükəsiz və sərnişinlərin mənzil başına tez çatırılmasından ibarətdir", - deyə A. Bəkirov vurğulayıb.

Избранный
11
2
azertag.az

3Источники