Bu ilin oktyabr ayında Android əməliyyat sisteminin bazar payı əvvəlki aya nisbətən 5,72 faiz azalaraq 38,44% təşkil edib.
Finss.az “Global Stats” Statistika Mərkəzinin məlumatına əsasən xəbər verir ki, Microsoft Windows məhsulları isə bazarda ikinci yeri tutub, payı 2 faiz artaraq 38,86%-ə çatıb.
iOS üçüncü sıradadır və bazar payı 14,75%, iyul ayı ilə müqayisədə 0,1 faiz bəndi azalıb.
Digər əməliyyat sistemlərinin bazar payı belədir:
- OS X – 6,55%
- Linux – 1,38%
- Unknown – 5,29%
Beləliklə, bazar Android və Windows arasında demək olar ki, bərabər paylanıb, iOS isə stabil üçüncü yerdədir.
Fuad Mədətov
Finss.az