AZ

Azərbaycanda əməliyyat sistemi bazarının vəziyyəti açıqlanıb

Bu ilin oktyabr ayında Android əməliyyat sisteminin bazar payı əvvəlki aya nisbətən 5,72 faiz azalaraq 38,44% təşkil edib.

Finss.az “Global Stats” Statistika Mərkəzinin məlumatına əsasən xəbər verir ki, Microsoft Windows məhsulları isə bazarda ikinci yeri tutub, payı 2 faiz artaraq 38,86%-ə çatıb.

iOS üçüncü sıradadır və bazar payı 14,75%, iyul ayı ilə müqayisədə 0,1 faiz bəndi azalıb.

Digər əməliyyat sistemlərinin bazar payı belədir:

  • OS X – 6,55%
  • Linux – 1,38%
  • Unknown – 5,29%

Beləliklə, bazar Android və Windows arasında demək olar ki, bərabər paylanıb, iOS isə stabil üçüncü yerdədir.

Fuad Mədətov
Finss.az

Seçilən
34
fins.az

1Mənbələr