RU

Gəncə avtomobil zavodu İB-də Zəfər gününün 5 illiyi qeyd olundu (FOTO)

Bakı. Trend:

Gəncə avtomobil zavodu İstehsalat Birliyində Azərbaycan tarixinəqızıl hərflərlə yazılan və ölkəmizin parlaq qələbəsi ilənəticələnən 2-ci Qarabağ müharibəsində ermənilərin kapitulyasiyaaktına qol çəkərək öz məğlubiyyətlərini elan etdiyi gün – 8 NoyabrZəfər gününün 5-ci ildönümü ilə əlaqədar yığıncaq keçirilib.

Tədbirdə müəssisənin rəhbərliyi ilə yanaşı bu qələbədə birbaşapay sahibi olan, həmin çətin dəqiqələrdə öz vətəndaşlıq borclarınışərəflə yerinə yetirmək üçün ordu sıralarına yollanan əməkdaşlar,həmçinin müəssisənin 1-ci Qarabağ savaşında döyüşmüş işçiləri dəiştirak edirdi.

Tədbir Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canındankeçən şəhidlərin ruhunun bir dəqiqəlik sükutla anılması iləbaşladı.

Birliyin direktoru Amin Əliyev çıxış edərək Müzəffər Ali BaşKomandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətliordumuzun sona qədər qəhrəmancasına mübarizə apararaqtorpaqlarımızın erməni tapdağından azad olunmasını böyük tarixihadisə adlandırdı:

“Bu gün biz Zəfərimizin 5 illiyini böyük fəxrlə və sevinclə qeydedirik. Nəhayət ki, 30 il sonra ölkə başçımızın apardığıməqsədyönlü siyasət nəticəsində Azərbaycan öz dədə babatorpaqlarını azad etdi. Burada oturan hər biriniz göz qırpmadan,çəkinmədən Vətənin müdafiəsi və torpaqların ermənilərdəntəmizlənməsi üçün Ali Baş Komandanın savaş çağırışına qoşuldunuz.Siz səngərlərdə, sizin iş yoldaşlarınız isə burada arxa cəbhədəgecə gündüz qələbəmizin qazanılması üçün var gücümüzlə çalışdıq.Zavodumuzun kollektivi müharibə başlanan gündən şəhərimizinermənilər tərəfindən bombalanmasına, atəşə məruz qoymasınabaxmayaraq 3 növbədə fəaliyyətini davam etdirdi və ordu üçün,hərbimiz üşün əlim izdən gələn köməkliyi etdi və bununla qürurduyuruq”, - deyə A.Əliyev əlavə edib.

Tədbirdə çıxış edən 1-ci Qarabağ müharibəsi iştirakçısı, Gəncəavtomobil zavodu İB-nın direktor müavini Qafur Əhədli bütün qazilərvə veteranlar, o cümlədən də müharibə iştirakçiları adındanmüəssisə rəhbərliyinə diqqət və qayğıya görə minnətdarlığınıbildirdi. O əlavə etdi ki, Ali Baş Komandan İlham Əliyevinrəhbərliyi altında ordumuz günü gündən inkişaf edib, yerli hərbimütəxəssislər yetişdirilib, müasir müharibə metodlarını mənimsəyənhərbiçilərimizin bilik və bacarıqları, əsgər və zabitlərimizinmərdliyi və torpaqlarımızı azad etmək istəyi nəticəsində, bütünxalqımız “DƏMİR YUMRUQ” ətrafına birləşərək düşmənin başınıəzib.

Müəssisənin direktor müavini Etibar Qasımov cıxış edərək 44günlük müharibədə müasir silahlarla və hərbi texnika ilə təchizedilən Azərbaycan ordusunun rəşadətindən danışdı. Onun sözlərinəgörə həm 1-ci Qarabağ müharibəsində, həm də 2-ci Qarabağ savaşındaAzərbaycan xalqı öz döyüşkənliyini, mübarizliyini bütün dünyayasübut etdi.

Müəssisənin direktor müavini Şəhla Abdinova 44 günlükmüharibənin hər bir azərbaycanlı üçün bir qürur nümunəsi olduğunubildirdi. Vurğuladı ki, minlərlə şəhidlərin və qazilərin qanıbahasına əldə olunan Zəfər Azərbaycanın şanlı tarixinə qızılhərflərlə yazılıb və bu gün biz onlara minnətdarıq.

Zavodun baş mühəndisi Vahid Məmmədov qeyd etdi ki, həmingünlərdə Gəncə və digər şəhər və rayonlarımız, dinc əhali ermənilərtərəfindən dəfələrlə bomda və raket zərbələrinə məruz qalsa da heçkimin əzmi qırılmadı, hər kəs öz bacarığı və qabiliyyətinə uyğuncəbhəyə, müharibəyə dəstək göstərdi. Gəncə avtomobil zavodu İB-dərəhbərlik başda olmaqla bütün kollektiv əl-ələ verərək öz vəzifəborclarını yerinə yetirdi.

Sonda birliyin direktoru Amin Əliyev bir daha Zəfər günümünasibətilə veteranları təbrik etdi, onlara gələcəkfəaliyyətlərində uğurlar arzu etdi. O, vurğuladı ki, istər 1-ci,istərsə də 2-ci Qarabağ müharibəsi veteranları, qazilər, şəhidailələri daim dövlətimizin, prezidentimizin diqqət və qayğısı iləəhatə olunub. Müəssisəmizin veteranları və qaziləri də daimrəhbərliyin diqqətindədir. Bu böyük sevinci, qüruru xalqımıza bəxşedən insanlar tarixin yaddaşında daim hörmətlə anılacaqlar.

8 Noyabr Zəfər günü münasibətilə birliyin rəhbərliyi tərəfindənmüəssisənin bütün qaziləri, veteranlari və müharibə iştirakçilarımükafatlandırılıb.

Sonda veteranlar və qazilərlə xatirə şəkili çəkildi.

Gəncə
Gəncə
Gəncə
Gəncə
Избранный
61
4
az.trend.az

5Источники