RU

Kiyev məhkəməsi rus hərbçiyə bəraət verib

Kiyev vilayətinin Borodyanski rayon məhkəməsinin qərarı ilə Kiyev vilayətinin işğalı zamanı talançılıq işi üzrə rus hərbçiyə bəraət verib.

XəzərNews.az xəbər verir ki,“məhkəmə rus işğalçısını bu cinayəti törətdiyinə dair sübutların olmaması səbəbindən” cinayət törətmək ittihamı üzrə təqsirsiz hesab edib.

Söhbət 2022-ci il fevralın 24-dən martın 31-dək Rusiya Qvardiyasının 6720 saylı hərbi hissəsinin tərkibində Kiyev vilayətində olan hərbçi Yevgeni Murzintsevdən gedir.

İttiham tərəfinin fikrincə, Murzintsev Kiyev vilayətinin Buçanski rayonunun Blıstavitsa kəndində ev sahibinin işğal səbəbindən tərk etdiyi evə girib və oradan bir sıra əşyalar oğurlayıb.


Xəbər 2 dəfə oxunub.
Избранный
41
xezernews.az

1Источники