RU

Peruda bələdiyyə binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb  

Perunun paytaxtı Lima şəhərinin Miraflores rayonu 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanla həmrəylik nümayiş etdirib.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Perudakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, tarixi günlə əlaqədar rayonun bələdiyyə binası Azərbaycanın Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb.

Qeyd edək ki, Miraflores rayonu paytaxtın ən əsas tarixi və mədəni rayonu hesab olunur.

Избранный
15
2
azerbaijan-news.az

9Источники