RU

Krımda rusların neft anbarları vurulub VİDEO

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri Krımın işğal altındakı ərazilərində Rusiya ordusuna məxsus bir neçə neft bazası və yanacaq anbarına zərbələr endirib.

Hadisə noyabrın 6-na keçən gecə baş verib. Qurumun “Telegram” kanalında yayımlanan kadrlarda dron hücumlarının anbaan görüntüləri və əməliyyatın detalları paylaşılıb.

Məlumata görə, dronlar Simferopol yaxınlığındakı Qvardeysk qəsəbəsi ərazisində yerləşən “Qvardeysk” neft bazasına zərbə endirib. Hücum nəticəsində içərisi yanacaqla dolu olan RVS-400 tipli iri çən tamamilə məhv edilib.

Eyni bölgədə yerləşən dəmir yolu estakadasında yanacaqla dolu iki qatar sisterni də vurulub. Zərbə zamanı qatarlar yüklənmiş vəziyyətdə olub.

Bundan əlavə, Simferopol və Bitumnoye qəsəbəsi ətrafında yerləşən bir neçə yanacaq-sürtkü materialı anbarı və neft bazaları da hədəfə alınıb. 

Hadisə nəticəsində bölgədə güclü partlayış səsləri və tüstü buludları müşahidə olunub. Rusiya tərəfi hələlik hücumla bağlı rəsmi açıqlama verməyib.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
72
azpolitika.info

1Источники