Xankəndi. Trend:
Xankəndi şəhərində Zəfərin 5 illiyi münasibətilə möhtəşəmkonsert proqramı təşkil olunacaq.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikintivə İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xankəndişəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusinümayəndəliyinin təşkilatçılığı ilə keçirilən konsert, noyabrın8-də axşam saat 18:00-da şəhərin Zəfər meydanında baş tutacaq.
Artıq konsertlə bağlı hazırlıq işlərinə start verilib.
Meydanda səhnə, küçə və prospektlərdə isə zəfər ruhunu əksetdirən kompozisiyalar, işıqlandırmalar quraşdırılır.
Şəhər bayram ab-havasına bürünüb. Zəfər konsertində tanınmışifaçılar, incəsənət xadimləri çıxış edəcək, vətənpərvərlik ruhundamahnılar səslənəcək. Tədbirin sonunda isə atəşfəşanlıqla Zəfərin 5illiyi qeyd olunacaq.