Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda təşkil edilən VI İslam Oyunlarında Azərbaycan komandasının bayraqdarı məlum olub. "Rekord.az" xəbər verir ki, bu missiyanı yerinə yetirəcək idmançılardan biri də qadın voleybolçulardan ibarət millimizin üzvü Nilufər Ağazadədir.
24 yaşlı N.Ağazadə yığmamızın heyətində müxtəlif yarışlarda iştirak edib. Bu, onun İslam Oyunlarında isə ilk çıxışıdır. Digər bayraqdarımız isə Dadaş Dadaşbəylidir (ağırlıqqaldırma).
Qeyd edək ki, yarışın açılış mərasimi bu gün "Al Janadryah"da təşkil olunacaq və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. İslamiadada 57 ölkədən 3000-dən çox idmançı 23 növdə mübarizə aparır. Ölkəmiz burada 20 növdə 174 idmançı ilə təmsil olunur.