RU

Hərbi sahəyə niyə çox pul ayrılır? - Komitə sədrindən CAVAB

Bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə büdcənin niyə artması ilə bağlı qeyri-peşəkar müzakirələr aparılır. 

Modern.az xəbər verir ki, bunu Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirilib.

Komitə sədri bununla əlaqədar bir neçə məqama toxunub:

- Müdafiə qabiliyyətinin artırılması,
- Azərbaycan Ordusunun texniki və döyüş hazırlığı,
- Silahlanma, döyüş texnikası, pilotsuz uçuş aparatlarının, rabitə və kəşfiyyat sistemlərinin yenilənməsi,
- Müdafiə sənayesinin inkişafı,
- Yerli hərbi istehsal potensialının genişləndirilməsi,
- Texnoloji avadanlıqların modernləşdirilməsi,
- Hərbi təlimlər və beynəlxalq əməkdaşlıq (xüsusilə Türkiyə və Türk Dövlətləri Təşkilatı ilə),
- Milli təhlükəsizlik və kəşfiyyat sistemi,
- Xarici təhdidlərə qarşı mübarizə,
- İnformasiya təhlükəsizliyi və antiterror əməliyyatlarının maliyyələşdirilməsi,
- Kibertəhlükəsizlik,
- Strateji informasiya sistemlərinin müdafiəsi,
- Dövlət qurumlarının rəqəmsal təhlükəsizliyinin təmin olunması,
- Sərhəd və daxili təhlükəsizlik,
- Dövlət Sərhəd Xidməti (quru və dəniz sərhədlərinin mühafizəsi),
- Pilotsuz sərhəd müşahidə sistemləri,
- Daxili İşlər Nazirliyi və Daxili Qoşunlar (ictimai asayişin qorunması),
- Veteranlar və şəhid ailələrinin sosial təminatı,
- Müharibə veteranları, qazilər və şəhid ailələrinin sosial müdafiəsi,
- Mina təmizləmə (ANAMA),
- Azad edilmiş ərazilərdə təhlükəsizlik infrastrukturunun yaradılması,
- Yeni hərbi hissələrin yerləşdirilməsi,
- Komando tipli qoşunların yaradılması,
- Nəqliyyat-kommunikasiya təhlükəsizliyi.

Bunların hər birinə büdcədən vəsait ayrılıb. Ümumi tendensiya ondan ibarətdir ki, 2026-cı ildə bu sahəyə ayrılan 8.7 milyard manatlıq büdcə Azərbaycanın postmüharibə dövründə sülhü gücləndirmək, müdafiə sənayesini inkişaf etdirmək və regionda təhlükəsizlik balansını qorumaq strategiyasına xidmət edir.

Избранный
32
modern.az

1Источники