RU

“Araz” supermarketlər şəbəkəsi şəhid əməkdaşlarının ailələrini ziyarət etdi

Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsi Zəfər Günü və
Vətən Müharibəsinin 5 illiyi münasibətilə şirkətin şəhid olan əməkdaşlarının ailələrini ziyarət
edib.

Publika.az xəbər verir ki, ziyarətlərdə “Araz” supermarketlər şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimov, İdarə Heyətinin üzvləri və digər rəhbər şəxslər iştirak ediblər.

Onlar şəhid əməkdaşların Bakıda və müxtəlif rayonlarda yaşayan ailələrinə baş çəkib, valideynləri və yaxınları ilə görüşərək onların rifahı ilə maraqlanıblar.

Valideynlər və ailə üzvləri “Araz” supermarketlər şəbəkəsinin bu diqqət və qayğısını yüksək
qiymətləndiriblər. Onlar bildiriblər ki, şirkət daim şəhid ailələrinə hörmət və mənəvi dəstək göstərir.

Избранный
52
8
publika.az

9Источники