RU

Ukraynadan Gürcüstana etiraz: Güzgüyə baxın, əsl problemi orada görəcəksiniz

BAKI, 7 noyabr. TELEQRAF

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Gürcüstanın iddialarına cavab verib.

Teleqraf xəbər verir ki, o, Gürcüstanın Avropa İttifaqına üzvlüyünə Ukraynanın yox, Tbilisinin mane olduğunu bildirib.

“Gürcüstan güzgüdə gördüyü əksindən inciməməlidir. Gürcüstanın Avropa İttifaqına üzvlük yolundakı zəif nəticələrinin bütün səbəbləri Tbilisidədir, Kiyevdə yox”, - o deyib.

Sibiqa əlavə edib ki, Ukrayna gürcü xalqı üçün yalnız bir şeyi arzulayır: “Onlar, nəhayət, mövcud hökumətin siyasətinə baxmayaraq, öz Avropa arzularını reallaşdırsınlar. Gürcüstan Avropadır, “rus dünyası” yox”.

Noyabrın 6-da Gürcüstan xarici işlər naziri Maka Boçorişvili bəyan etmişdi ki, Ukrayna Gürcüstanın Avropa İttifaqına üzvlük prosesində maneələr yaradır.

Избранный
36
teleqraf.com

1Источники