RU

Xankəndi Zəfər Günü konsertinə hazırlaşır

Xankəndi, 7 noyabr, AZƏRTAC

Xankəndi şəhərində Zəfərin 5 illiyi münasibətilə möhtəşəm konsert proqramı təşkil olunacaq.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən konsert noyabrın 8-də axşam saat 18:00-da şəhərin Zəfər meydanında baş tutacaq. Artıq konsertlə bağlı hazırlıq işlərinə start verilib. Meydanda səhnə, küçə və prospektlərdə isə Zəfər ruhunu əks etdirən kompozisiyalar, işıqlandırmalar quraşdırılır. Şəhər bayram ab-havasına bürünüb.

Zəfər konsertində tanınmış ifaçılar, incəsənət xadimləri çıxış edəcək, vətənpərvərlik ruhunda mahnılar səslənəcək. Tədbirin sonunda isə atəşfəşanlıqla Zəfərin 5 illiyi qeyd olunacaq.

 

Избранный
7
6
azertag.az

10Источники