RU

Ərdoğan Liviya Milli Birlik Hökümətinin Baş naziri ilə görüşdü

BAKI, 7 noyabr. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybeh ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, söhbət zamanı Türkiyə ilə Liviya arasındakı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.

Prezident Ərdoğan söhbət zamanı Türkiyənin Liviyadakı hadisələri yaxından izlədiyini, ölkədə təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün üzərinə düşəni yerinə yetirməyə davam edəcəyini bildirib.

Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Liviya arasında, xüsusilə enerji sahəsi başda olmaqla, bir çox sahədə əməkdaşlığın mühüm olduğunu, hər iki ölkənin Şərqi Aralıq dənizindəki haqlarının və maraqlarının qorunması üçün həmrəy şəkildə aparılan işlərin davam etdiriləcəyini vurğulayıb.

Избранный
65
teleqraf.com

1Источники