RU

Baş mühəndis: Yeni vaqonların idarəetməsi daha rahatıdr

Bakı, 7 noyabr, AZƏRTAC

Yeni vaqaonların idarəetməsi daha müasirləşib, proqram təminatında müsbət dəyişikliklər var. Onun idarəetməsi daha rahatdır.

Bu barədə jurnalistləqə açıqlamasında “Bakı Metropoliteni”nin Depolar üzrə iş departamentinin baş mühəndisi Aydın Bəkirov deyib. Onun sözlərinə görə, bu da yaranmış nazazlıqların tez biz zamanda aradan qaldırılmasına kömək edir. Qatarların digər üstünlüklərindən biri də müasir mikroiqlim sistemi ilə təchiz edilməsi, vaqonlararası birbaşa keçidlə sərnişin tutumunun 15 faiz artırılması, qapıların daha enli olması, açılıb-bağlanan zaman işıqlı xəbərdarlıq indikatorları ilə təmin olunmasıdır. Bundan əlavə, yeni qatarların baş vaqonları 38, orta vaqonlarının hər biri isə 44 oturacaqlıdır. Baş vaqonda ümumilikdə sərnişin tutumu 315, orta vaqonlarda 329 nəfərdir.

A.Bəkirov onu da nəzərə çatdırıb ki, vaqonlarda daxili və xarici videomüşahidə sistemləri quraşdırılıb. Bu, maşinistə qatarı bütünlüklə nəzarətdə saxlamağa, istənilən sahəni idarəetmə pultunun monitorunda daha yaxından müşahidə etməyə və ətrafındakı vəziyyəti qiymətləndirməyə imkan verir.

 

 

Избранный
53
2
azertag.az

3Источники