RU

Qarabağda 20-dən çox yaşayış məntəqəsində tikinti və yenidənqurma işləri aparılır

BAKI, 7 noyabr. TELEQRAF

“Ümumi planı, 8 şəhərin Baş planı, habelə Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin Baş planları hazırlanmaqdadır. Eyni zamanda 90-dan çox kənd və qəsəbənin layihə sənədləri təsdiq edilib”.

Teleqraf xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İşğaldan azad olunmuş ərazilərdə layihələrin idarə edilməsi şöbəsinin müdiri Ramil Cahangirov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu sənədlər hər bir yaşayış məntəqəsinin sosial-iqtisadi baxımdan tarazlı şəhər mühiti kimi formalaşdırılmasının təməlini qoyub:

“Layihələrə əsasən, həmin məkanlarda yeni yaşayış kompleksləri, təhsil və səhiyyə müəssisələri, ictimai-iaşə obyektləri, muzey və mədəniyyət mərkəzləri tikilir, yol-küçə şəbəkələri, turizm və rekreasiya zonaları və sənaye parkları salınır,enerjiyə qənaət edən tikinti və “ağıllı” infrastruktur həlləri tətbiq olunur. Memarlıq abidələrinin bərpasına və tarixi irslə müasir innovasiyaların harmoniyasına xüsusi diqqət yetirilir”, - Ramil Cahangirov vurğulayıb.

Избранный
59
2
teleqraf.com

3Источники