RU

Türkiyə futbolunda “mərc qalmaqalı” - 17 hakim və 2 klub rəhbəri saxlanıldı

Türkiyə futbolunda növbəti böyük qalmaqal yaşanır.

90deqiqe.Az xəbər verir ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan qanunsuz mərc fəaliyyəti ilə bağlı istintaq çərçivəsində 17-si hakim, 2-si klub rəhbəri olmaqla ümumilikdə 21 nəfər barəsində həbs qərarı verilib.

Məlumata görə, İstanbul da daxil olmaqla 12 vilayətdə eyni vaxtda keçirilən əməliyyatlarda 18 nəfər saxlanılıb, 2 nəfərin ölkə xaricində, 1 nəfərin isə ünvanında tapılmadığı bildirilib.

İttiham aktına əsasən, 17 hakimin üzərinə “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “oyunların nəticələrinə qanunsuz təsir göstərmə” maddələri ilə cinayət işi açılıb.

Açıqlamada həmçinin “Eyüpspor” klubunun prezidenti Murat Özkaya, “Kasımpaşa”nın keçmiş sahibi Turqay Ciner və klubun keçmiş rəhbəri Fatih Saraç barəsində də “oyun nəticələrinə müdaxilə” ittihamı irəli sürüldüyü qeyd edilib.

Xatırladaq ki, sentyabr ayında “Can Holding” və “Ciner Qrup” şirkətlərinə qarşı başlanan ayrıca istintaq çərçivəsində “Kasımpaşa” klubunun idarə olunması üçün məhkəmə tərəfindən müvəqqəti idarəçi təyin edilmişdi. Həmin iş üzrə Turqay Ciner barəsində axtarış qərarı çıxarılmışdı.

Bundan başqa, sosial şəbəkələrdə ictimaiyyəti çaşdıran məlumatlar paylaşdığı iddia edilən U.E. adlı şəxs barədə də “ictimaiyyəti bilərəkdən yanlış məlumatla aldatmaq” ittihamı ilə həbs qərarı verilib.

İstintaqın əvvəlki mərhələsi

İctimaiyyət hakimlərə qarşı aparılan mərc əməliyyatı barədə ilk dəfə 27 oktyabrda Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlunun mətbuat konfransında məlumat almışdı.

Hacıosmanoğlu həmin açıqlamasında peşəkar liqalarda fəaliyyət göstərən 571 hakimin 371-nin mərc hesabı olduğunu, onlardan 152-nin aktiv şəkildə mərc oyunlarında iştirak etdiyini bildirmişdi.

Избранный
68
90deqiqe.az

1Источники