RU

Vəhdət partiyası bəyanat yaydı: "Həbs olunmazdan öncə onu xaric etmişdik"

"Bir sıra mətbuat orqanlarında, o cümlədən “Azərbaycan Vəhdət Partiyasının Abşeron rayon təşkilatının sədri həbs olunub” başlıqlı xəbər yayımlanmışdır. Məlumatda qeyd edilən Rasim Xudaverdiyev adlı şəxsin guya partiyamızın Abşeron rayon təşkilatının sədri kimi təqdim olunması tamamilə yanlış, qərəzli və reallığı əks etdirməyən informasiyadır".

Bu barədə Vəhdət Partiyası açıqlama yayıb.

Açıqlamada qeyd olunur ki, Rasim Xudaverdiyev 2024-cü il dekabrın 15-də həbs olunub. Həbsindən əvvəl onun barəsində cinayət işi açılmış və o, axtarışda olan şəxs kimi qeydiyyata alınmışdır. Həbs olunmazdan bir ay öncə isə rayin partiya sədrliyindən və partiya sıralarından xaric edilmiş, törətdiyi cinayət əməllərinə görə hüquq-mühafizə orqanlarına və aidiyyəti dövlət qurumlarına məlumat verilmişdir.

Rasim Xudaverdiyevin partiyamızın Abşeron rayon təşkilatının sədri və üzvü olmadığı barədə Ədliyyə Nazirliyinin Reyestr Xidmətinə də rəsmi məlumat təqdim olunmuşdur.

Bundan əlavə, 2024-cü ildə parlament seçkiləri ərəfəsində Rasim Xudaverdiyev partiya rəhbərliyindən icazə almadan, özbaşına təbliğat və təşviqat materialları hazırlamış, şəhid və qazi ailələrini, eləcə də seçiciləri aldadıcı şüarlarla çaşdıraraq partiyanın adından sui-istifadə etmişdir. Bu səbəbdən həm Rasim Xudaverdiyev, həm də həmin dövrdə Vəhdət Partiyasının Abşeron rayon təşkilatına nəzarət edən şəxslər partiyadan uzaqlaşdırılmışdır.

2025-cü ilin iyul ayında Abşeron rayonunda 350 nəfərin iştirakı ilə keçirilmiş konfransda yeni rayon sədri seçilmişdir.

Beləliklə, Rasim Xudaverdiyev həbsindən əvvəl- Azərbaycan Vəhdət Partiyasının Ali Məclisinin qərarı ilə partiya sıralarından xaric edilmişdir.

Rasim Xudaverdiyevin bu cür hərəkətləri partiyamızın VI Qurultayından əvvəl baş verdiyi üçün onun nə partiyamıza, nə də yerli təşkilatlara və yeni rəhbərliyə heç bir aidiyyəti yoxdur.

Hazırda Azərbaycan Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvidir.

O, partiyanın 2025-ci ilin 12 iyun ayında keçirilmiş Qurultayında üzvlərin yekdil qərarı ilə sədr seçilmişdir. Yeni rəhbərliyin fəaliyyətə başlamasından sonra ölkə üzrə bütün rayon təşkilatlarının yenidən təşkili, strukturlaşdırılması və şəffaf idarəçilik prinsipləri əsasında formalaşdırılması istiqamətində ardıcıl işlər həyata keçirilir.

Избранный
22
11
aznews.az

10Источники