RU

Vaqif Qurbanova da “Azərbaycanın Milli Qəhrəmanı”adı verilib

BAKI, 7 noyabr. TELEQRAF

Xəbər verdiyimiz kimi, Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə bəzi şəxslər təltif edilib.

Teleqraf-ın məlumatına görə, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən,Qurbanov Vaqif Bəxtiyar oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” ilə təltif edilib.

Qeyd edək ki, baş leytenant 30 dekabr 1967-ci ildə Bakıda anadan olub. Əslən Tovuz rayonunun Qovlar kəndindəndir.

13 iyun 1992-ci ildə Vaqif Qurbanov Goranboy–Ağdərə istiqamətində üç döyüş uçuşu keçirir. Qurbanovun idarə etdiyi Su-25 təyyarəsi saat 4–5 radələrində erməni silahlı qüvvələri tərəfindən Naxçıvanik–Əsgəran yaxınlığında “Şilka” deyilən qurğu ilə vurulur. Şahidlərin söylədiyinə görə, həmin anlar Vaqif Qurbanov paraşütlə atıla bilir, lakin düşmən onu yerdən atəşlə vurur. Həmin günlər Naxçıvanikdə döyüşən tabor komandiri Fred Asifin qardaşı Ədalət Məhərrəmov Vaqifin təyyarədən atıldığını və ermənilər tərəfindən aramsız atəşə tutularaq yerə salındığını gözləri ilə gördüyünü xatırlayır. Azərbaycan tərəfi Vaqifi düşmən əlindən almaq üçün hücuma keçsə də, artıq gec olur.

Избранный
83
teleqraf.com

1Источники