RU

Azərbaycanın xarici ticarət balansındakı qalıq $2 mlrd.-a çatıb – İlk üç rüb!

2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycanın xarici ticarət balansında 1 milyard 864,7 milyon ABŞ dolları həcmində müsbət saldo yaranıb. Halbuki, ilk səkkiz ay ərzində 1 milyard 585,2 milyon dollar  idi.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Gömrük orqanlarında qeydiyyata alınmış, lakin gömrük rəsmiləşdirilməsi tamamlanmamış xam neft və təbii qazın statistik dəyəri nəzərə alınmaqla, ölkənin xarici ticarət dövriyyəsi 35 milyard 402,7 milyon ABŞ dolları təşkil edib. Bunun 18 milyard 633,7 milyonu ixracın, 16 milyard 769,0 milyonu isə idxalın payına düşüb.

2024-cü ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,6 faiz artıb, real ifadədə isə 8,1 faiz azalıb. İdxal real ifadədə 8,3 faiz, ixrac isə 7,9 faiz azalıb.

Qeyri-neft-qaz məhsullarının ixracı 2 milyard 649,2 milyon ABŞ dolları olub. Bu göstərici ötən ilin yanvar–sentyabr ayları ilə müqayisədə faktiki qiymətlərlə 7,6 faiz artıb, real ifadədə isə 15,7 faiz azalıb.

Xarici ticarət dövriyyəsinin 25,2 faizi İtaliyanın, 12,3 faizi Türkiyənin, 10,3 faizi Rusiyanın, 9,6 faizi Çinin, 3,1 faizi Almaniyanın, 2,9 faizi ABŞ-ın, 2,7 faizi Birləşmiş Krallığın, 2,1 faizi Çexiyanın, 1,9 faizi Yunanıstanın, 1,8 faizi Gürcüstanın, 1,7 faizi Bolqarıstanın, 1,6 faizi Qazaxıstanın, 1,5 faizi Xorvatiyanın, 1,4 faizi Rumıniya və İsveçrənin, 1,3 faizi İranın, 1,1 faizi Portuqaliya, Ukrayna və Avstraliyanın, 0,9 faizi isə Özbəkistan və Belarusun payına düşüb. Ümumi ticarət əməliyyatlarının 14,1 faizi digər ölkələrlə aparılıb.

Избранный
30
banker.az

1Источники