RU

 Milyonçular üçün ən yaxşı şəhərlər reytinqində Dubay Nyu-Yorku geridə qoydu  

 Daşınmaz əmlak brokeri Savills Plc tərəfindən hazırlanan reytinqdə Dubay yüksək sərvətə malik şəxslər üçün ən cəlbedici şəhər seçilib. Mütəxəssislər 30 qlobal metropolu qiymətləndiriblər. 

Dubayın cəlbediciliyi bir sıra amillərə, o cümlədən miras və kapital mənfəəti vergilərinin olmamasına, inkişaf etmiş infrastrukturun, yüksək təhlükəsizlik səviyyəsinin və  beynəlxalq məktəblərin ən yüksək sayına əsaslanır. 

Bundan əlavə, BƏƏ rezidentlərə 2 milyon dirhəm (544.500 dollar) investisiya müqabilində 10 illik yaşayış və vergi güzəştləri verən "qızıl viza" təklif edir.

Nyu-York Savills reytinqində ikinci yeri tutub. Mütəxəssislər onun əlverişli biznes mühitini, vergi güzəştlərini və geosiyasi sabitliyini qeyd ediblər.

Varlı yaşlılar üçün yaşayış yeri seçərkən əsas amillərdən biri miras vergisidir. Xüsusilə, həyat keyfiyyəti reytinqində birinci yerdə olan London, Böyük Britaniyanın vergi sistemi səbəbindən ümumilikdə geriləyib ki, bu da bu il lüks daşınmaz əmlaka tələbatın azalmasına səbəb olub.

Savills-in məlumatına görə, qlobal sərvət 2022-ci il böhranından sonra bərpa olunur və Asiya-Sakit Okean regionu ən sürətli artım nümayiş etdirir. 2024-cü ildə 680 mindən çox yeni dollar milyonçusu yaranıb (artım 1,2 faiz). 2029-cu ilə qədər milyonçuların sayının 5 milyondan çox artacağı proqnozlaşdırılır.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Избранный
25
azerbaijan-news.az

1Источники