RU

Kəlbəcərdə “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirildi - Fotolar

Kəlbəcər şəhər Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir təşkil olunub.


Manset.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbənin beşinci ildönümünə həsr olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə məktəbin pedaqoji kollektivi və şagirdləri ilə yanaşı, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Elm və Təhsil Nazirliyinin, Daxili İşlər Nazirliyinin əməkdaşları və digər qurumların yerli nümayəndələri iştirak ediblər.

Məktəbin direktoru Vəsilə Cəfərova çıxış edərək xalqımızın Böyük Zəfərinə gedən yoldan, Ali Baş Komandanın rəhbərliyi altında qazanılan qələbənin tarixi əhəmiyyətindən və qəhrəman əsgər və zabitlərimizin misilsiz igidliyindən bəhs edib. Tədbirdə məktəb kollektivi tərəfindən hazırlanan ədəbi-bədii kompozisiya nümayiş etdirilib, müəllimlərin ifasında “Zəfər” mahnısı səsləndirilib. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.

Избранный
13
3
manset.az

6Источники