RU

Ağamir Sultanov da "general-leytenant" oldu - Dosye

Xəbər verdiyimiz kimi bu gün Prezident İlham Əliyev general-mayor Ağamir Əzizxan oğlu Sultanova “general-leytenant” ali hərbi rütbəsinin verilməsi barədə sərəncam imzalayıb.

Ölkə.Az Ağamir Sultanovun tərcümeyi-halını təqdim edir:

21 yanvar 1970-ci ildə Ağsuda doğulub.

O, Raket və Artilleriya Qoşunlarının komandanı, Vətən müharibəsinin komandanlarından biridir.

Leytenant Ağamir Sultanov Azərbaycan Prezidenti Heydər Əliyevin 20 iyun 1994-cü il tarixli 158 nömrəli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Polkovnik-leytenant Ağamir Sultanov Prezident İlham Əliyevin sərəncamları ilə 2013-cü ildə "Vətən uğrunda", 3 il sonra isə "Aprel döyüşləri" zamanı göstərdiyi qəhrəmanlığa görə, "İgidliyə görə" medalları ilə təltif edilib.

Dövlət başçısının sərəncamı ilə polkovnik Ağamir Sultanova 2020-ci ildə "general-mayor" ali hərbi rütbəsi verilib. 

O, 2020-ci ildə "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" medalları, 2023-cü ildə "Zəfər", "Rəşadət" ordenləri, eləcə də "Heydər Əliyev" medalı ilə təltif edilib.
 

Избранный
16
1
olke.az

2Источники