RU

Xorxe Kaskilya: “Hakimlərdən narazılığım var” - ARENA.AZ

“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş oyunu “İmişli”nin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Xorxe Kaskilya matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Birinci hissədə yaxşı oyun göstərdik. Topu özümüzdə saxlayırdıq. Düzdür, bu, qapıya zərbələrdə özünü büruzə vermirdi. “Şamaxı”nın aqressiv oyununa qarşı oynaya bilirdik. Rəqib yaxşı müdafiə olunurdu. İkinci hissədə “Şamaxı” daha yaxşı təsir bağışladı. Onlar meydanın bizə aid olan hissəsində topa daha çox yiyələnirdilər. Rəqibin standart vəziyyətlərdə təhlükəli olduğunu bilirdik. Qolu da belə vəziyyətdən vurdular.

Hakimlərdən narazılığım var. Təkrara baxdıq. Məncə, top Karim Rossinin əlinə dəyib qapıya girdi. Qoldan sonra hesabı bərabərləşdirməyə çalışdıq. Oyunun ədalətli nəticəsi heç-heçə idi. Dəyişikliklərdən sonra açıq oyun getdi. Amma qol vura bilmədik. “Şamaxı”nı qələbə münasibətilə təbrik edirəm. Bu, futboldur. Bu gün uduzduq, amma yenə qələbələr qazanmağa çalışacağıq”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
6
19
arena.az

10Источники