AZ

ABL: “Quba” “Sərhədçi”yə, “Naxçıvan” “Ordu”ya uduzdu

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 6-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

Öncə, B qrupunda yer almış komandalardan “Quba” ev oyununda “Sərhədçi” ilə qarşılaşıb. Quba Olimpiya İdman Kompleksində baş tutmuş qarşılaşma qonaqların 86:82 hesablı qələbəsi ilə başa çatıb.

Günün və B qrupunun digər oyununda “Naxçıvan” “Ordu” ilə üz-üzə gələcək. Bakı İdman Sarayında keçirilmiş oyun “hərbçilər”in qələbəsi ilə yekunlaşıb – 100:76.

Xatırladaq ki, ötən gün keçirilmiş turun ilk matçında “Sumqayıt” “Lənkəran”ı 98:94 hesabı ilə məğlub etmişdi.

6-cı tura noyabrın 9-da yekun vurulacaq.

A qrupu: Sabah – 10. Abşeron Lions – 9. Şəki – 7. Neftçi – 6. Gəncə – 5. NTD – 5.

B qrupu: Ordu – 12. Naxçıvan – 10. Sumqayıt – 8. Lənkəran – 8. Quba – 8. Sərhədçi – 8.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
11
24
arena.az

10Mənbələr