AZ

Super Liqa: “Gənclərbirliyi” “Başakşəhər”i xalsız yola saldı

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 12-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Gənclərbirliyi” doğma meydanda “Başakşəhər”lə qarşılaşıb. Üç qolun qeydə alındığı oyun meydan sahiblərinin çətin qələbəsiylə yekunlaşıb.

12-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Türkiyə, Super Liqa
12-ci tur

7 noyabr

Gənclərbirliyi – Başakşəhər 2:1
Qollar: Kelven, 35. Nyanq, 53-pen – Şomurodov, 46.

8 noyabr

15:30. Qaziantep – Rizəspor
18:00. Trabzonspor – Alanyaspor
21:00. Antalyaspor – Beşiktaş
21:00. Kasımpaşa – Göztəpə

9 noyabr

15:30. Karagümrük – Konyaspor
18:00. Kocaelispor – Qalatasaray
21:00. Fənərbağça – Kayserispor
21:00. Samsunspor – Eyüpspor

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
7
22
arena.az

10Mənbələr